Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

 

Oktyabrın 12-də Daxili İşlər Nazirliyində (DİN) "Cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, vətəndaşların şikayətlərini doğuran səbəb və  amillərin aradan qaldırılması" və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi"  üzrə görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, respublikanın daxili işlər naziri general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin  daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirmişqeyd etmişdir ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmini, ölkədə əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir. O demişdir ki, daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə və cinayət-mühakimə icraatının həyata keçirilməsi üzrə funksiyalarının icrasında başlıca rolu olan istintaq və təhqiqat aparatlarının işinin daha da təkmilləşdirilməsinə böyük önəm verilərək bu mühüm sahədə son illər bir sıra təşkilati tədbirlər həyata keçirilmişdir. Həssas yanaşma tələb edən bu məsələ, xüsusən istintaq qurumlarında vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti cari ilin iyun ayında naziryanı əməliyyat müşavirəsində müzakirə olunmuş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür.

Qeyd olunmuşdur ki, təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi cinayət-mühakimə icraatının cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları tam və hərtərəfli araşdırmaq kimi vəzifələrin həllində, habelə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının müdafiə olunmasında müstəsna əhəmiyyət kəsb edir. Məhz bu baxımdan göstərilən sahədə həyata keçirilən tədbirlər nazirliyin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Ramil Usubov xatırlatmışdır ki, müvafiq məsələlər əməliyyat-xidməti fəaliyyətin bu mühüm istiqamətlərində əldə edilmiş uğurların inkişaf etdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə kollegiya iclasının gündəliyinə çıxarılmışdır.

Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru  Sərvər Mehrəliyev gündəlikdəki birinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək bildirmişdir ki, son illər ərzində istintaq və təhqiqat qurumlarının fəaliyyətinə nəzarət gücləndirilmiş, yerlərdə seminar-müşavirələr keçirilərək istintaq və təhqiqatın düzgün təşkil olunması, əməkdaşların peşə hazırlığının artırılması üçün zəruri tədbirlər həyata keçirilmiş, habelə bir sıra ərazi polis orqanlarının istintaq qurumlarına əməli kömək göstərilmişdir.

 Bildirilmişdir ki, 2010-cu ildə və cari ilin birinci yarısında DİN rəhbərliyinin nəzarətində olan 1785 müraciətə baxılmış, Baş İdarənin rəhbərliyi tərəfindən 1147 müraciət nəzarətə götürülmüş, 726 vətəndaş qəbul edilərək qaldırılan məsələlərin həlli, şikayəti doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür. Ötən bir il yarım müddətində daxili işlər orqanlarının müstəntiqləri tərəfindən cinayət işlərinin istintaqı zamanı əvvəllər qeydə alınmamış 115 cinayət faktı aşkar edilib uçota qoyulmuş, keçmiş illərdən bağlı qalan 30 cinayətin istintaq yolu ilə açılması təmin edilmişdir. Ümumilikdə, göstərilən müddətdə müstəntiqlərin icraatında olmuş cinayət işlərindən 49 faizinin istintaqı tamamlanaraq 87 faizi ittiham aktı ilə məhkəməyə göndərilmişdir. İstintaqı  tamamlanmış cinayət işləri üzrə müəyyən edilmiş ziyanın 68 faizinin ödətdirilməsi təmin edilmişdir.

Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini polis polkovniki Arzu Daşdəmirov demişdir ki, 2011-ci ilin 8 ayında daxili işlər orqanları tərəfindən axtarılan 1286, o cümlədən xarici dövlətlərdə gizlənmiş 54, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 65 nəfər tutulmuşdur. Ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların 22,1 faizi yaxalanaraq istintaq və məhkəmə orqanlarına təhvil verilmişdir. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 54, İnterpola üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən edilmişdir. Əməliyyat-xidməti fəaliyyətin müvafiq istiqaməti üzrə funksiyaları səmərəli yerinə yetirməyə imkan verən yeni metodlarının, habelə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də məqsədyönlü aparılmışdır. Vahid məlumat-axtarış sisteminin imkanları ilə axtarışda olan cinayətkarlar haqqında minlərlə sorğu cavablandırılmış, yüzlərlə axtarılan şəxs müəyyən edilmişdir.

Bildirilmişdir ki, daxili işlər orqanlarının qanunla müəyyən edilmiş vəzifələrindən biriitkin düşmüş şəxslərin axtarışının təşkili və həyata keçirilməsidir. Cari ilin 8 ayında axtarılan itkin düşmüş şəxslərin 58,9 faizinin yeri müəyyən olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə itkin düşənlərin sayı 4,3 faiz azalmışdır. Bununla bilavasitə bağlı olan əsas məsələlərdən biri də üzərində zorakılıq əlamətləri olmayan naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsidir. Hesabat dövründə 7 naməlum meyitin şəxsiyyəti müəyyən edilmişdir.

Müzakirələrdə  çıxış edənlər görülmüş işlər, nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması yolları və qarşıda duran vəzifələr barədə məruzə etmişlər.

İclasa yekun vuran daxili işlər naziri general-polkovnik Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanları tərəfindən görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, lakin bu istiqamətlərdə xidməti fəaliyyətdə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılmasını tələb etmiş, konkret tapşırıq və tövsiyələrini vermişdir. Nazir vətəndaşların ərizə və şikayətlərinə operativ reaksiya verilməsinin, onların qəbulunun dövlətimizin başçısının tələbi, eyni zamanda,  daxili işlər orqanlarının qarşısında duran ən ümdə vəzifələrdən biri olduğunu xatırlatmışdır. Cinayət işlərinin istintaqı və təhqiqatı zamanı qanunçuluğa ciddi riayət edilməsinin, şikayətləri doğuran səbəb və amillərin tam aradan qaldırılmasının, müraciətlərə qanunvericiliklə nəzərdə tutulmuş vaxtda müvafiq cavabların verilməsinin, bu müddətdə dəymiş ziyanın ödətdirilməsinin əhəmiyyəti vurğulanmış, mülkiyyət əleyhinə olan cinayətlərə, xüsusən oğurluqlara, quldurluqlara, soyğunçuluqlara qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyi kollegiya iştirakçılarının diqqətinə çatdırılmışdır.

Qarşıdan ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətli mühüm tədbirin - dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün gəldiyini xatırladan nazir bu əlamətdar yubiley münasibətilə bütün şəxsi heyəti təbrik etmiş, dövlətçiliyimizin, milli istiqlalımızın qorunub-möhkəmlənməsində danılmaz xidmətləri olan, bu yolda yüzlərlə şəhid vermiş daxili işlər orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırmış, hər bir əməkdaşın həmin şərəfli missiyanın öhdəsindən layiqincə gələcəyinə inandığını bildirmişdir.

Ramil Usubov ölkəmizdə cinayətkarlıqla uğurlu və qətiyyətli  mübarizə, ictimai qaydaictimai təhlükəsizliyin nümunəvi təmini strategiyasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunubu xəttin ölkəmizin başçısı İlham Əliyevin  rəhbərliyi ilə uğurla davam etdirildiyini, hüquq-mühafizə orqanlarının birgə səyləri ilə kriminogen durumun nəzarətdə saxlandığını, sabitliyin dönməzliyinin təmin olunduğunu demişdir. Qeyd olunmuşdur ki, respublikanın digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən profilaktiki, əməliyyat və istintaq tədbirləri nəticəsində əvvəlki illərin müsbət nəticələri bu ilin ötən dövründə də qorunub-saxlanılmış, bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilmişdir.

Kollegiya iclasına yekun vuran nazir Ramil Usubov əmin olduğunu bildirmişdir ki, şəxsi heyət ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafının, iqtisadi qüdrətinin artmasının başlıca şərtlərindən olan ictimai-siyasi sabitliyin, əmin-amanlığın nümunəvi təmini yönündə dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan məsul vəzifələrin və tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaqdır.

 

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S.  6.