İordaniyanın
iki mobil operatoru Azərbaycanın işğal
olunmuş ərazilərində qeyri qanuni fəaliyyət
göstərən “Karabakh Telecom”
şirkəti ilə rouminq əməkdaşlığını
dayandırmışdır
Azərbaycanın
İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, İordaniyanın iki
aparıcı mobil operatorunun
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən
"Karabakh Telecom"
şirkəti ilə rouminq sahəsində
əməkdaşlığı İordaniyanın aidiyyəti
qurumları tərəfindən dayandırılmışdır.
Bu qurumlar bununla bağlı Azərbaycanın Əmmandakı
səfirliyini rəsmi məlumatlandırmışlar.
Azərbaycan.- 2011.- 13 oktyabr.- S. 6.