Yeni tamaşanın premyerası

 

 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gənc rejissor Namiq Ağayevin quruluşunda yeni səhnə həyatı yaşayan "Qanlı Nigar" tamaşasının premyerası keçirilib. Türk yazıçısı Sadik Şəndilin eyniadlı əsəri əsasında hazırlanmış "Qanlı Nigar"da əsas rolları Firəngiz Mütəllimova, Rafael Dadaşov, Tofiq Hüseynov və başqaları ifa ediblər. Tamaşada Türkiyənin məşhur  müğənnisi Sezen Aksunun ifasından istifadə səhnə ömrü yaşayan "Qanlı Nigar"ın tamaşaçı auditoriyasının bir qədər də genişlənməsinə səbəb olacaq.

Əsər ilk dəfə mərhum rejissor Vaqif İbrahimoğlu tərəfindən Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

 

 

Azərbaycan.- 2011.-13 oktyabr.- S.  16.