«Köç»ün payız köçü

 

 Oktyabrın 9-dan Polşanın Poznan şəhərində start götürən III Beynəlxalq "Tranzit" sənədli filmlər festivalında ölkəmizi bir sıra  kino müsabiqələrinin laureatı, Rusiyada yaşayan soydaşımız, rejissor və prodüser Rodin İsmayılov  "Köç"ü ilə təmsil edir.

Dünyanın 30-dan artıq ölkəsinin rejissorlarının iştirakı ilə keçirilən festival Avropa məkanında mədəni əməkdaşlığın möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. Oktyabrın 15-dək davam edəcək festivala təqdim olunan "Köç" sənədli filmi Azərbaycan xalqının qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə yayda yaylağa, qışda qışlağa köç edən çobanların həyatı işıqlandırılır. Azərbaycanın "DS film" studiyasının istehsalı olan 52 dəqiqəlik film ötən il Tovuz və Daşkəsən rayonlarında lentə alınıb.

 

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S. 16.