Azərbaycan ilə Argentina arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial vardır

 

 Oktyabrın 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Argentinanın xarici işlər üzrə katibinin müavini xanım Norma Nasimbene de Dümont ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Argentina əlaqələri, ölkələrimiz arasında mövcud olan müqavilə-hüquq bazasının vəziyyəti müzakirə edilmiş və bunun genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən tərəflər qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirmişlər. E.Məmmədyarov qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların hazırkı vəziyyəti haqqında da ətraflı məlumat vermişdir.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 14 oktyabr.- S.  2.