Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr çox yüksək səviyyədədir

 

Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr çox yüksək səviyyədədir. AzərTAc xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz söyləmişdir.

İsmet Yılmaz demişdir: "İki qardaşdost ölkə olan Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr çox gözəldir. Düşünürəm ki, mənim Bakıya bu səfərim münasibətlərimizin daha yüksək səviyyəyə çatmasına təkan verəcəkdir. Bizim heç bir siyasi problemimiz yoxdur. Beynəlxalq aləmdə də hər iki dövlət bütün sahələrdə bir-birini dəstəkləyir. Türkiyə müdafiə sahəsində Azərbaycana dəstək verməyə, birgə fəaliyyət göstərməyə və istehsala hazırdır".

 

 

Azərbaycan.- 2011.-14 oktyabr.- S.  2.