«Hakimlərin xidməti vəsiqəsi haqqında»
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 27
iyul tarixli 167 nömrəli fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı,
14 oktyabr 2011-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Hakimlərin xidməti vəsiqəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 27 iyul
tarixli 167 nömrəli
Fərmanını “Azərbaycan
Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”də
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2011-ci il 10 iyun tarixli 153-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
“Hakimlərin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 27 iyul tarixli
167 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 7, maddə 429; 2000, ¹ 1, maddə 28) 1-ci hissəsinin
ikinci abzası ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr
2011-ci il
Azərbaycan.-
2011.- 15 oktyabr.- S. 1.