Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun üzvləri ilə görüşmüşdür
Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva oktyabrın 14-də
İtaliya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımı İtaliya nümayəndə
heyətini səmimiyyətlə
salamlayaraq, onları Azərbaycanın paytaxtında
görməkdən məmnun
olduğunu bildirmişdir.
Mehriban xanım Əliyeva Fondun fəaliyyətindən danışmışdır.
Birinci xanım demişdir ki, Fond Azərbaycanda və onun hüdudlarından
kənarda müxtəlif
layihələr həyata
keçirmişdir.
Dostluq qrupunun Azərbaycana səfərini yüksək
qiymətləndirən Mehriban
xanım Əliyeva bu səfərin iki ölkə arasındakı əlaqələrin
inkişafına töhfə
verəcəyindən əminliyini
vurğulamışdır. Qonaqların işinə uğur diləyən Heydər Əliyev Fondunun prezidenti səfər çərçivəsində
onları Azərbaycan
xalqının fəxarət
mənbəyi olan Bakı ilə yaxından tanış olmağa dəvət etmişdir.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq
qrupunun rəhbəri,
senator xanım Rossana Boldi Heydər
Əliyev Fondunun Prezidentinə görüş
üçün təşəkkürünü
bildirmişdir. Xanım
R.Boldi demişdir ki, Bakıya 9 nəfərlik nümayəndə
heyəti ilə gəlmələri İtaliya
Hökumətinin Azərbaycana
verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.
Azərbaycan.-
2011.- 15 oktyabr.- S. 2.