İki ölkə
arasında siyasi məsləhətləşmələr
aparılmışdır
Oktyabrın 14-də Azərbaycan ilə Argentinanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Argentina nümayəndə heyətinə isə bu ölkənin xarici işlər üzrə dövlət katibinin müavini xanım Norma Nasimbene de Dümont başçılıq etmişlər.
Azərbaycan-Argentina əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan tərəflər müxtəlif istiqamətlərdə, xüsusilə də siyasi, ticarət, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını qeyd etmişlər. Yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd olunan görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi də aparılmışdır.
X.Xələfov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması
prosesi barədə Argentina tərəfinə ətraflı məlumat vermişdir. Azərbaycanın
Argentina ilə əlaqələrə önəm verdiyini və
onların daha da genişləndirilməsinin vacibliyini
vurğulayan X. Xələfov parlamentlərarası münasibətlərin
əməkdaşlığın inkişaf etdirilməsində
mühüm rol oynadığını bildirmişdir.
N.Nasimbene de Dümont Argentinanın Azərbaycanın mövcud
potensialını və həyata keçirdiyi irimiqyaslı
layihələri yüksək qiymətləndirdiyini qeyd edərək
ölkəsinin Azərbaycan ilə əlaqələrin hərtərəfli
inkişafında maraqlı olduğunu
vurğulamışdır. Tərəflər eyni zamanda
ölkələrimiz arasında müqavilə hüquq
bazasının genişləndirilməsi sahəsində
müvafiq fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini
qeyd etmişlər.
Azərbaycan.- 2011.- 15 oktyabr.-
S. 9.