Azərbaycan ilə Türkiyə hərbi əməkdaşlığın perspektivlərini müzakirə etmişlər

 

 Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində olmuşdur.

AzərTAc xəbər verir ki, nazir əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, Şərəf kitabına ürək sözlərini yazmışdır. Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov ilə görüş zamanı Türkiyənin milli müdafiə nazirinə bu qurumun xidməti fəaliyyəti, keçdiyi döyüş yolu barədə məlumat verilmişdir.

Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər nəzərdən keçirilmişdir.

Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç görüşdə iştirak etmişdir.

 

 

Azərbaycan.- 2011.- 15 oktyabr.- S. 9.