Britaniyanın
nüfuzlu «The Telegraph» qəzeti «Baku» jurnalının Londonda
ilk nömrəsinin nəşri barədə
yazmışdır
Xəbər verdiyimiz kimi, Moskvada nəşr edilən "Baku" jurnalının oktyabrın 4-də Londonda ingilis dilində ilk nömrəsinin təqdimatı olmuşdur.
Britaniyanın nüfuzlu "The Telegraph" qəzeti jurnalın ingilis dilində ilk nömrəsinin nəşri barədə məlumat vermişdir.
"Conde Nast" nəşriyyat evi Azərbaycan haqqında yeni jurnal nəşr edir" başlıqlı materialda deyilir ki, "Vogue", "Tatler", "Vanity Fair" kimi məşhur jurnalların naşiri olan "Conde Nast" nəşriyyat evində çapdan çıxmış "Baku" jurnalının baş redaktoru Leyla Əliyevadır. Jurnal Azərbaycanın paytaxtı Bakının şərəfinə belə adlandırılmışdır. 2007-ci ildən rus dilində nəşr olunan "Baku" jurnalı indi beynəlxalq arenaya çıxmış və rübdə bir dəfə Avropa oxucularına təqdim ediləcəkdir.
Məqalənin müəllifi jurnalın baş redaktoru Leyla Əliyevanın sözlərini sitat gətirərək yazır ki, nəşr Rusiya, İran və Türkiyə arasındakı ərazidə yerləşən və xəritədə qartal rəmzini xatırladan Azərbaycanın böyük dirçəliş dövrünü əks etdirəcəkdir.
Yazıda jurnalın ingilis dilində ilk nömrəsində
dərc olunmuş materiallar və fotoşəkillər barədə
məlumat verilir. Məqalənin sonunda müəllif Azərbaycanın
"Eurovision" mahnı müsabiqəsində qalib gəlməsindən
və növbəti Avropa mahnı müsabiqəsinin paytaxt
Bakıda keçiriləcəyindən söhbət
açılır.
Azərbaycan.- 2011.-15 oktyabr.- S. 9.