Dövlət Dəniz
Administrasiyasında müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Oktyabrın 14-də Dövlət Dəniz Administrasiyasında (DDA) dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, DDA-nın kollektivi əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
DDA-nın akt zalında keçirilən konfransda administrasiyanın rəisi Qüdrət Qurbanov dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. "Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü" mövzusunda məruzə ilə çıxış edən Q.Qurbanov müstəqilliyimizin qorunub saxlanılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Ümummilli lider Heydər Əliyevin DDA-nın, o cümlədən ümumilikdə ölkəmizin bütün dəniz nəqliyyatı kompleksinin yaradılması və təşəkkülündə müstəsna rolunu xüsusi vurğulan administrasiyanın rəisi qeyd etmişdir ki, məhz ulu öndərin gələcəyi görmək qabiliyyəti sayəsində respublikamız onun nəinki sovet dövründə Azərbaycanda hakimiyyətdə olarkən təməlini qoyduğu mövqeləri qorumağa, həm də onları xeyli artırmağa nail olmuşdur. Bu isə respublikamızın dünyanın dəniz cəmiyyətində layiqli yer tutmasına səbəb olmuşdur. Azərbaycan postsovet məkanında öz dövlət donanmasını qoruyub saxlayan və genişləndirən yeganə respublikadır.
Administrasiyanın rəisi Prezident İlham Əliyevin
ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi,
Azərbaycanın iqtisadi qüdrətinin
yüksəldilməsi, digər sahələrlə
yanaşı, dəniz nəqliyyatının inkişafı
sahəsində də əldə olunan
nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, hazırda ulu
öndərin siyasi xəttinin Prezident İlham Əliyev
tərəfindən uğurla və
yaradıcılıqla davam etdirilməsi nəticəsində
dünya dövlətləri
sırasında öz layiqli
yerini tutan Azərbaycan
gündən-günə inkişaf edir. Konfransda administrasiyanın rəis müavini
Ehtiram Rəhimov, mətbuat xidmətinin rəhbəri
Ərsalan Əliyev və başqaları
çıxış edərək ötən 20 ildə Azərbaycanın
qazandığı nailiyyətlərdən, Cənubi Qafqazda lider ölkəyə
çevrilən respublikamızın uğurlarından
danışmışlar.
Azərbaycan.- 2011.- 15 oktyabr.-
S. 10.