Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 

Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün respublika dinamik inkişaf edir, iqtisadiyyatdasosial sahədə nəzərəçarpacaq uğurlar qazanır, regiondadünyada xarici siyasi mövqelərini möhkəmləndirir. Bu əlamətdar gündə biz müasir demokratik dövlətin əsaslarının  formalaşdırılması, Rusiya və Azərbaycan arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı  əməkdaşlığın təməlinin möhkəmlənməsi üçün çox görmüş  Azərbaycanın ümummilli lideri Heydər Əliyevə ehtiramımızı bildiririk.

Bu illər ərzində Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilmiş strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də  möhkəmlənməsinə qarşılıqlı niyyətlərimizi xüsusi məmnunluqla qeyd etmək istəyirəm.

Əminəm ki, səmərəli siyasi dialoq, ticari-iqtisadi, investisiya, humanitar və digər sahələrdə əldə edilmiş  razılaşmaların həyata keçirilməsi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxşaxəli ikitərəfli əməkdaşlığın dinamik inkişafına bundan sonra da  kömək edəcəkdir.

Dost Azərbaycan xalqına səmimi qəlbdən sülh və tərəqqi arzulayıram.

 

 

Dmitri MEDVEDEV,

Rusiya Federasiyasının Prezidenti

 Moskva şəhəri, Kreml

14 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.-18 oktyabr.- S.  3.