Azərbaycan Respublikasının Prezidenti zati-aliləri qardaşım İlham Heydər oğlu Əliyevə

 

 Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət müstəqilliyi günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla

qardaşınız,

 

 

Abdullah bin Əbdüləziz Al SƏUD,

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı

 

Azərbaycan.- 2011.-18 oktyabr.- S.  3.