Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, Sizi Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Müstəqilliyinizin ilk günlərindən ABŞ-ın Azərbaycan ilə sıx əməkdaşlığını yüksək qiymətləndirirəm. Ölkələrimiz arasındakı mövcud yüksək səviyyəli dayanıqlı qarşılıqlı əlaqələr "Cənub" qaz dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizində qadağan olunmuş malların dövriyyəsinin qarşısının alınması mexanizminin gücləndirilməsi, ekstremist qüvvələrə qarşı birgə mübarizə, sıx regional əməkdaşlığın inkişafı və maraq dairələrimizi əhatə edən bir çox başqa sahələrdə konkret irəliləyişlərin əldə edilməsinə imkan yaratmışdır.
Bir daha Sizə xalqınızın tarixində böyük əhəmiyyət kəsb edən bu gün münasibətilə ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Riçard G.LUQAR,
ABŞ
Senatının Xarici Əlaqələr Komitəsinin
üzvü
Azərbaycan.- 2011.- 18 oktyabr.-
S. 3.