Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 Zati-aliləri, hörmətli İlham Heydər oğlu!

Sizi və Azərbaycan Respublikasının bütün vətəndaşlarını  əlamətdar gün - dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinin bayram edilməsi münasibətilə ürəkdən təbrik edirəm.

O vaxtdan keçən dövrdə  ölkədə nəinki siyasi, iqtisadi və sosial quruculuğun əsasları təşəkkül tapmışdır, həm də qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan millətlərarası və dinlərarası münasibətlər sistemi qurulmuşdur. Əvvəllər bu, atanız və sələfiniz Heydər Əlirza oğlu Əliyevin, indi isə Sizin -  artıq çoxillik dövlət başçısının apardığı siyasi xəttin uzaqgörənliyini sübut edir.

Təsdiq edirəm ki, müasir dövrün bütün çağırışlarına baxmayaraq, qədim Azərbaycanın bərəkətli torpağında xalqlar və dinlər arasında sülh  möhkəmlənməkdədir. Bununla yanaşı, Azərbaycan Respublikasının Rus Pravoslav Kilsəsinin Tanrıya ibadət etdiyi digər ölkələrlə də münasibətləri dinamik inkişaf edir.

Ölkənin pravoslav sakinlərinin ehtiyaclarına göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirərəm. Dövlət hakimiyyəti  və Bakı Yeparxiyası arasında konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafına əminəm.

 Bakıya səfərlərimi səmimi hisslərlə xatırlayaraq, Sizinlə ünsiyyət sevincini bir daha paylaşacağıma ümid bəsləyirəm. Sizə cansağlığı, sülh və işlərinizdə uğurlar arzulayıram. Qoy, Tanrı Azərbaycan xalqına firavanlıq və tərəqqi bəxş etsin.

Dərin hörmətlə,

 

 

KİRİL,

Moskvanın və bütün Rusiyanın patriarxı

 

Azərbaycan.- 2011.-18 oktyabr.- S.  3.