Azərbaycan ilə
Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq məsələləri müzakirə
edilmişdir
Oktyabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə xarici işlər nazirinin müşaviri Fatih Ceylan ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Türkiyə münasibətləri, dünyada və regionda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, regionda həyata keçirilən enerji layihələri müzakirə edilmişdir.
E.Məmmədyarov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların hazırkı vəziyyəti haqqında qonağa məlumat vermişdir.
Görüşdə beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq və
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.- 18 oktyabr.-
S. 4.