ABŞ-ın
Alman Marşal Fondunun nümayəndə heyəti Azərbaycanın
Xarici İşlər Nazirliyində olmuşdur
Oktyabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ-ın Alman Marşal Fondunun nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov Azərbaycanın regionda yeri və rolu, Avropa institutlarına inteqrasiya istiqamətindəki addımlar, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq, ölkəmizdə aparılan iqtisadi islahatlar, təhsil sahəsində görülən işlər və bölgədə həyata keçirilən enerji layihələri barədə qonaqlara ətraflı məlumat vermişdir.
Bundan əlavə, E.Məmmədyarov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli istiqamətində aparılan danışıqlardan
danışmış, məsələ ilə bağlı
qonaqların suallarını cavablandırmışdır.
Azərbaycan.- 2011.- 18 oktyabr.-
S. 4.