Bakıda «Kitabxanalar milli mədəniyyətin
dirçəliş resursudur» mövzusunda beynəlxalq konfrans
keçiriləcəkdir
Oktyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur" mövzusunda beynəlxalq konfrans öz işinə başlayacaqdır.
Konfrans çərçivəsində bir sıra maraqlı məruzələr dinləniləcək və ustad dərsləri keçiriləcəkdir.
Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı keçiriləcək və onların fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdiriləcəkdir.
Konfransda "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş "Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar" adlı bukletin təqdimatı da olacaqdır.
AzərTAc
Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 11.