Azərbaycan Mülki Aviasiyasının 20 il ərzində əldə etdiyi uğurlar gənc nəslin diqqətinə çatdırılır

 

 Respublikamızın müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyanın 20 il ərzində keçdiyi inkişaf yolu haqqında mühazirələr, sərgi və videomaterialların nümayişini təşkil  edir.

AzərTAc xəbər verir ki, Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən muzeyin əməkdaşları tərəfindən Sabunçu rayonunun 187, 108,  Xəzər rayonunun  156, 124, 80, Səbail rayonunun 189 nömrəli məktəblərində "Müstəqil Azərbaycanın müstəqil aviasiyası" adlı "dəyirmi masa" təşkil olunmuşdur. "Dəyirmi masa"da mülki aviasiyamızın dünyanın beynəlxalq aviasiya təşkilatlarına üzv olması, infrastrukturunun, maddi-texniki bazasının inkişaf etdirilməsi, aviaparkının dünyanın ən müasir təyyarə və helikopterləri ilə zənginləşdirilməsi, beynəlxalq hava limanlarımızın yeni binasının istifadəyə verilməsi, yerlixarici hava xətləri şəbəkəsinin genişləndirilməsi, həmçinin müasir tələblərə cavab verən sərnişin xidməti və s. haqqında  məlumatlar gənc nəslin diqqətinə çatdırılmışdır.

 

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S.  11.