Danimarkada Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü təntənə ilə qeyd
olunmuşdur
Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kopenhagendə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
"Vətən" cəmiyyətindən AzərTAc-a
bildirmişlər ki, tədbirin əvvəlində ölkəmizin
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə şəhid olmuş soydaşlarımızın
xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan
Respublikasının dövlət
himni səslənmişdir.
Tədbiri
giriş sözü ilə "Vətən" cəmiyyətinin
sədri Səfər Sadiqi açaraq qonaqları
salamlamış, Azərbaycanın müstəqilliyinin bərpasından
ötən 20 ildə ölkəmizin qazandığı
uğurlardan danışmışdır.
Azərbaycan
Respublikasının Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığında, eyni
zamanda, Danimarka Krallığındakı səfiri Fəxrəddin
Qurbanov tədbir iştirakçılarına son 20 ildə
ölkəmizin keçdiyi sürətli iqtisadi inkişaf
yolu, dövlətimizin
apardığı sülhməramlı siyasət barədə
ətraflı məlumat vermişdir.
Tədbirdə
Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini
əks etdirən kitablar, bröşürlər və
videoçarxlar nümayiş etdirilmişdir.
Arhus
Universitetinin maliyyə və beynəlxalq biznes fakültəsinin
magistri Tural İsmayılovun "Azərbaycan
iqtisadiyyatının bu
günü və sabahı" mövzusunda məruzəsi tədbirin
iştirakçılarının ölkəmizə marağının daha da
artmasına səbəb olmuşdur.
Aşıq Abbasın və başqa soydaşlarımızın ifaları bayram mərasiminə xoş ovqat bəxş etmişdir. Doqquz yaşlı azərbaycanlı Artanın ifasında Azərbaycan, türk və Avropa klassiklərinin musiqisinin təqdim olunması da böyük maraq doğurmuş və alqışlarla qarşılanmışdır.
Danimarka Universitetinin professoru Karl Erik Fredeskov və politoloq Vetslav Kiçilenko xalqımızı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik etmiş, bu cür tədbirlərin Azərbaycanın dünyada tanıdılması və təbliğində mühüm əhəmiyyətə malik olduğunu vurğulamışlar.
Danimarka parlamentinin deputatı Huseyn Arac, iqtidarda olan Sosial-Demokrat Partiyasının liderlərindən biri, parlamentin keçmiş deputatı Yıldız Adoğan, Türkiyə və Ukrayna səfirliklərinin nümayəndələri, Diasporla İs üzrə Dövlət Komitəsinin təmsilçisi Elnur Əliyev, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin ikinci katibi Fərhad İsayev, Danimarkadakı Türk Cəmiyyətinin sədri Bahadur Güler, Türkmən Cəmiyyətinin sədri Yurtan Bey, Uyğur Cəmiyyətinin sədri Abdull Setdar, Çecen Cəmiyyətinin sədri İlyas Musayev, ölkə telekanallarının, mətbuat orqanlarının nümayəndələri mərasimin qonaqları arasında olmuşlar.
AzərTAc
Azərbaycan.- 2011.-18 oktyabr.- S. 13.