Dövlət
müstəqilliyimizin bərpasının iyirminci
ildönümünə həsr olunmuş konsert
keçirilmişdir
Bakı şəhərindəki 6 nömrəli musiqi məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram konserti keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, məktəbin akt zalına toplaşmış qonaqlar qarşısında istedadlı flamenko ifaçısı, 2010-2011-ci illlərdə "Festival de la Jordoba" müsabiqələrinin iştirakçısı və diplomantı Cavid Ələkbərli çıxış etmişdir.
İspaniyanın məşhur musiqiçiləri Manolo Sanlukar, Manolo Franko, Pako Serrano, Xose Antonio Rodriqezdən sənət dərsləri almış gənc ifaçı Cavid Ələkbərli ifası zamanı "Bayatı-Şiraz" muğamını improvizə etmiş, flamenko üslubunda müxtəlif ispan ritmlərini səsləndirmişdir.
Gənc ifaçının çıxışı dəfələrlə tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunmuşdur.
Əlamətdar bayram ərəfəsində
keçirilən bu konsertdə gənc ifaçı Cavid Ələkbərlinin
uğurlu çıxışı Azərbaycan-İspaniya mədəni
əlaqələrinin möhkəmlənməsi və
inkişafında yeni səhifələrdən biri olmuşdur.
Azərbaycan.- 2011.-18 oktyabr.- S. 21.