Tanınmış
azərbaycanlı karikaturaçı rəssam FICA-nın
vitse-prezidenti seçilmişdir
Çinin Fujion əyalətində nüfuzlu Asiya Beynəlxalq animasiya, karikatura və informasiya texnologiyaları sərgisi (ACE) keçirilmişdir.
Sərgidə ölkəmizi müxtəlif beynəlxalq müsabiqələrin qalibi, tanınmış karikaturaçı rəssam Seyran Cəfərli təmsil etmişdir.
S.Cəfərli AzərTAc-a bildirmişdir ki, beynəlxalq sərgidə dünyanın informasiya texnologiyaları sahəsinin aparıcı şirkətləri iştirak etmişdir.
Sərgi çərçivəsində keçirilən forumda Dünya Karikatura Veb-Saytlar Federasiyasının qarşısında duran vəzifələr müzakirə olunmuşdur.
Tədbirdə xüsusi karikatura sərgiləri və animasiya nümayişləri, müxtəlif diskussiyalar təşkil edilmişdir. Beynəlxalq Karikatura və Animasiya Federasiyasının (FICA) yaradılmasına qərar verilmiş və təşkilatın idarə heyətinin ilk toplantısı keçirilmişdir. Toplantıda Seyran Cəfərli FICA-nın vitse-prezidenti seçilmişdir.
Azərbaycan, Almaniya, İran, Braziliya və Çinin tanınmış karikaturaçılarının daxil olduqları idarə heyətini təsis etməkdə əsas məqsəd dünya üzrə karikaturaçı rəssamların sərgilərini keçirmək, onlar üçün daha geniş əlaqələr yaratmaq, hüquqlarını müdafiə etməkdən ibarətdir.
S.Cəfərli vurğulamışdır ki,
müzakirələr zamanı yeni federasiyanın bas ofisinin
Fujion əyalətində yerləşməsi, beynəlxalq
layihələrin həyata keçirilməsi qərara
alınmışdır.
Azərbaycan.- 2011.-18 oktyabr.- S. 21.