Azərbaycanın
İordaniyadakı səfirliyi 45-ci Xeyriyyə Bazarında iştirak etmişdir
İordaniyanın paytaxtı Əmmanda Şahzadə Basma bint Talalın himayədarlığı ilə 45-ci Xeyriyyə Bazarı keçirilmişdir.
Azərbaycanın İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, xeyriyyə bazarında İordaniyada akkreditə olunmuş 60-dək səfirlik və diplomatik nümayəndəliyinin, habelə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər. Bazardan əldə edilən vəsait "Umm Hüseyn" Xeyriyyə Fondunun büdcəsinə köçürülmüşdür.
Azərbaycanın İordaniyadakı səfirliyi hər il olduğu kimi, bu dəfə də bazarda milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyətini, tarixi irsini, milli geyimlərimizi, musiqi alətlərimizi nümayiş etdirmişdir.
Azərbaycan guşəsi Şahzadə Basma bint Talalın böyük marağına səbəb olmuşdur. Şahzadə hətta milli geyimlərimizin nümunələrindən bəzilərini və İordaniyada ölkəmiz haqqında nəşr olunan kitabı da almışdır.
İordaniyanın nüfuzlu
"Əl-Düstur", "Əl-Ray", "Əl-Diyar",
"Jordan Times" qəzetləri
birinci səhifələrində Şahzadənin
məhz Azərbaycan guşəsi ilə
tanışlığı zamanı çəkilən
fotolarını yerləşdirmişlər. Bu
halın özü Kral
ailəsinin, xüsusilə də Şahzadənin ölkəmizə
göstərdiyi ehtiramın təzahürüdür.
Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 24.