Prezidentin mətbuat xidmətinin məlumatı

 

 Oktyabrın 18-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Abdullah Gül Azərbaycan Respublikasının Prezidentini  Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmiş, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulamışdır.

Dövlətimizin başçısı təbrikə və göstərilən diqqətə görə Türkiyə Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.

 

 

Azərbaycan.- 2011.- 19 oktyabr.- S.  1.