Prezidentin mətbuat xidmətinin məlumatı
Oktyabrın 18-də Türkiyə
Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
telefonla zəng etmişdir.
Türkiyənin
Baş naziri dövlətimizin başçısına
Dövlət Müstəqilliyi Günü münasibətilə
təbriklərini çatdırmış, ona Azərbaycanın
rifahı naminə fəaliyyətində uğurlar, möhkəm
cansağlığı arzulamışdır.
Dövlətimizin
başçısı göstərilən diqqətə və
təbrikə görə Türkiyənin Baş nazirinə
minnətdarlığını bildirmişdir.
Azərbaycan
Prezidenti və Türkiyənin Baş naziri ölkələrimiz
arasındakı qardaşlıq münasibətlərinin
bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını
ifadə etmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə
əmin olduqlarını bildirmişlər.
Azərbaycan.- 2011.- 19 oktyabr.-
S. 1.