Azərbaycanın
«Rabitə» voleybol klubunun
mükafatlandırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Rabitə" voleybol
klubu Qətərin paytaxtı Doha şəhərində
keçirilmiş qadın
voleybol klubları arasında dünya çempionatının qalibi
olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan "Rabitə"
voleybol klubuna 500 (beş yüz) min manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci
hissəsində nəzərdə
tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 19 oktyabr.- S. 1.