Prezident İlham Əliyev
klublararası dünya
çempionatının qalibi -
qadınlardan ibarət «Rabitə» voleybol klubunun üzvlərini qəbul etmişdir
Oktyabrın 18-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətərin paytaxtı Dohada keçirilmiş
klublararası dünya
çempionatının qalibi -
qadınlardan ibarət "Rabitə" voleybol
klubunun üzvlərini qəbul etmişdir.
Prezident İlham ƏLİYEV qazanılmış qələbə münasibətilə voleybolçuları təbrik edərək dedi:
- Mən sizi ürəkdən salamlayıram və böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. "Rabitə" voleybol komandası dünya çempionatında böyük uğur əldə edərək çempion adını qazanmışdır. Bu, böyük qələbədir. Sizin qələbənizdir. Azərbaycan idmanının qələbəsidir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Mən bilirəm ki, "Rabitə" komandası dünya miqyasında çox güclü komanda kimi özünü artıq təsdiq etmişdir. Keçən Avropa Çempionlar Liqasında final mərhələsinə gəlib çatmışdır. Bu qələbə isə bir daha komandanın gücünü göstərir və bizim hamımızı ürəkdən sevindirir.
Bütövlükdə Azərbaycanda idmanın voleybol növü çox uğurla və sürətlə inkişaf edir. Çox gözəl ənənələr vardır. Milli komandamız da yaxşı nəticələr göstərir və dünyanın ən güclü komandaları ilə bərabər səviyyədə oyun nümayiş etdirir. Qələbələr də var, məğlubiyyətlər də vardır. Klublar səviyyəsində isə vəziyyət daha da yaxşıdır. Bizim bir neçə gözəl klublarımız var və onların arasında əlbəttə, "Rabitə" komandası ən yüksək zirvəni fəth etmişdir.
Bir daha sizi ürəkdən təbrik edirəm. Siz bütün
idman azarkeşlərini,
Azərbaycan xalqını
sevindirmisiniz. Bizim idmanla
bağlı bütün
təşəbbüslərimizin ən gözəl nəticəsi, bax, bu böyük qələbədir. Həm klubu,
həm federasiyanı,
idman mütəxəssislərini
təbrik edirəm.
Bu, ümumi qələbədir,
əlbəttə ki,
ilk növbədə, oyunçuları
təbrik edirəm.
"Rabitə" klubunun
kapitanı Nataliya MƏMMƏDOVA
müxtəlif yarışlarda
voleybolçulara verdiyi
dəstəyə və
bütövlükdə Azərbaycanda
voleybolun inkişafına
göstərdiyi diqqətə
görə dövlətimizin
başçısına idmançıların
minnətdarlığını çatdırdı. Qeyd etdi ki, komandanın uğuru bütün Azərbaycanın
uğurudur. "Rabitə" komandasının
dünya voleybol klubları arasında birinci yeri tutması
isə voleybolçuların
Azərbaycan idmanına
töhfəsidir.
Komandanın kapitanı üzərində
klub üzvlərinin imzası olan topu Prezident İlham Əliyevə hədiyyə etdi.
Dövlətimizin başçısı voleybolçularımızın
müxtəlif dünya
miqyaslı yarışlarda
uğurla çıxış
etdiyini vurğuladı. Prezident
İlham Əliyev Azərbaycanın voleybol ənənələrindən danışarkən
bildirdi ki, on bir il bundan əvvəl ölkədə yalnız
bir voleybol klubu vardı, indi isə ölkə
çempionatında yeddi
güclü komanda iştirak edir. "Rabitə" klubunun qazandığı
qələbə isə
beynəlxalq miqyaslı
komanda yarışlarında
əldə edilən ən böyük nəticədir. Bu, onu göstərir ki, ölkəmizdə voleybol dünya səviyyəsindədir.
Voleybol üzrə
milli komandanın baş məşqçisi
Faiq QARAYEV Azərbaycan
voleybolunda uğurların
təməlinin məhz
dövlətimizin başçısı
tərəfindən qoyulduğunu
vurğuladı. O, Prezident İlham Əliyevin idmançılarla daim təmasda olmasını, onlara verdiyi dəstək və tövsiyələrin qazanılan
qələbələrə xüsusi stimul verdiyini söylədi.
Faiq Qarayev voleybol üzrə milli yığma komandanın planları barədə də dövlətimizin başçısına məlumat
verdi.
Prezident İlham Əliyev bildirdi ki, idmanda
əldə edilən uğurlar, həmçinin
çoxlu sayda müasir olimpiya idman komplekslərinin istifadəyə verilməsi
ölkəmizdə yüksək
səviyyəli yarışların
keçirilməsinə geniş
imkanlar açmışdır. Bu yaxınlarda
Bakıda keçirilən
boks üzrə
dünya çempionatına
toxunan dövlətimizin
başçısı bildirdi
ki, yüzdən çox ölkənin təmsil olunduğu yarışların yüksək
səviyyədə təşkili
bunu sübut etdi.
Prezident İlham Əliyev klubun üzvlərini bir daha təbrik
etdi.
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.- 19 oktyabr.- S. 1,
2.