ABŞ-da müasir
müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin büstü
açılmışdır
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə oktyabrın 17-də ölkəmizin ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü açılmışdır.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bürüncdən hazırlanmış bu incəsənət əsərinin müəllifi tanınmış heykəltəraş, Beynəlxalq Olimpiya Komitəsinin laureatı Sergey Eylanbekovdur.
Açılış mərasimində ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində, iqtisadiyyatının hərtərəfli inkişafında və ölkəmizin dünya birliyində layiqli yer tutmasında müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etmiş, ulu öndərin əziz xatirəsinin qəlblərimizdə daim yaşayacağını vurğulamışdır.
Mərasimdə ABŞ ictimaiyyətinin nümayəndələri,
Azərbaycan diasporunun fəalları və
ölkəmizin Birləşmiş Ştatlardakı səfirliyinin
əməkdaşları iştirak
etmişlər.
Azərbaycan.- 2011.- 19 oktyabr.-
S. 2.