Uilyam Börns:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı mövcud status-kvo uzun
müddət davam edə bilməz
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo uzun müddət davam edə bilməz. ABŞ bu problemə çox ciddi və təxirəsalınmaz məsələ kimi yanaşır.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin müavini Uilyam Börns demişdir.
Dövlət katibinin müavini bildirmişdir
ki, ABŞ ATƏT-in Minsk qrupunun
həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu və uzunmüddətli həlli üçün
aparılan işləri davam etdirməyə hazırdır.
ABŞ Prezidenti səviyyəsində bu prosesi gücləndirmək
üçün əlindən gələni əsirgəməyəcəyini
vurğulayan U.Börns münaqişənin hərbi yolla həllinin
mümkün olmadığını demişdir.
Azərbaycan.- 2011.-19 oktyabr.- S. 4.