Böyük Britaniyanın Azərbaycan, Gürcüstan və Ermənistandakı
diplomatları birgə bəyanat yaymışlar
Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman, bu ölkənin Ermənistandakı səfiri Çarlz Lonsdeyl, eləcə də Gürcüstandakı müvəqqəti işlər vəkili Doug Mcmillan birgə bəyanat yayaraq BMT Baş Məclisi tərəfindən qəbul edilmiş, London Yay Olimpiya Oyunları keçirilən müddətdə atəşkəsə çağıran qətnaməni alqışlamışlar.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, müvafiq qətnamə 2012-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Britaniyanın təşəbbüsü ilə meydana çıxmışdır. BMT-nin qətnaməsində Yay Olimpiya Oyunları keçirilən müddətdə dünyadakı bütün münaqişə tərəflərinə hərbi əməliyyatları dayandırmaq çağırışı öz əksini tapmışdır.
Bəyanatda deyilir: "Biz bu qətnaməni və
onun yekdilliklə qəbulunu
alqışlayırıq. Böyük Britaniya Cənubi Qafqazda
münaqişələrin həlli və sülhün
əldə olunması üçün uzun illər səy göstərir. Ümid edirik ki, qətnamədəki fikirlər regional sülhə doğru
konkret addımlara çevrilə bilər".
Azərbaycan.- 2011.- 19 oktyabr.-
S. 4.