Türkiyənin
TRT televiziya kanalında Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümünə həsr
olunmuş xüsusi proqram yayımlanmışdır
Türkiyənin TRT və Azərbaycanın İctimai Televiziya kanallarının birgə hazırladıqları dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş proqram yayımlanmışdır.
Ankara studiyasında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar və millət vəkili Mustafa Kabakçı dövlət müstəqilliyimizdən bəhs etmiş, Türkiyənin müstəqilliyimizi tanıyan ilk dövlət olduğu vurğulanmışdır.
Verilişdə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizin
banisi olduğu vurğulanmış, ulu öndərin 2001-ci
ilin martında Türkiyəyə səfəri zamanı TRT
televiziyasına verdiyi müsahibə nümayiş
etdirilmişdir.
Bakı
studiyasında Milli Məclis Sədrinin müavini Bahar Muradova,
Türkiyənin ölkəmizdəki səfiri Hulusi
Kılıç, dövlətimizin müstəqilliyini
tanıyan ikinci ölkə olan Pakistanın Azərbaycandakı
səfiri İnayətullah Kakar da Azərbaycanın dövlət
müstəqilliyinin bərpası ilə bağlı fikirlərini
paylaşmış, təbriklərini
çatdırmışlar.
AzərTAc
Azərbaycan.- 2011.- 19 oktyabr.- S. 5.