Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqilliyinin 20-ci ildönümü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına İsveçrə Federal Şurasının ən səmimi təbriklərini çatdırmaqdan məmnunluq duyuram. Ölkənizə rifah, əmin-amanlıq və müvəffəqiyyətlər arzu edirəm.

İcazə verin son illər ərzində dost əlaqələrimizin möhkəmlənməsini yüksək qiymətləndirdiyimi bir daha qeyd edim. 2011-ci ilin mart ayında Bakıya səfərim barədə xoş xatirələri saxlayıram. Ölkələrimizin nümayəndələri arasında keçirilən yüksək səviyyəli görüşlərin artması əlaqələrimizin olduqca müsbət inkişafını ifadə edir.

Ümid edirəm ki, Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında olan dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə də güclənəcəkdir.

Hörmətlə,

 

 

Mişelin Kalmi-Rey,

İsveçrə Konfederasiyasının Prezidenti

Bern, 18 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.-  20 oktyabr.- S. 1.