İsveçdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü qeyd olunmuşdur

 

 İsveç Krallığının paytaxtı Stokholmda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-İsveç Federasiyası tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Rafael İbrahimov, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elnur Əliyev, Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycan və Türk diasporunun nümayəndələri iştirak etmişlər.

Azərbaycanın İsveç Krallığındakı səfiri Rafael İbrahimov, Azərbaycan - İsveç Federasiyasının sədri Səttar Sevgin və başqaları çıxış edərək Azərbaycanın 20 il ərzində keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən danışmışlar.

Tədbir bədii kompozisiya ilə davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 20 oktyabr.- S. 4.