Azərbaycan Xarici İşlər Nazirliyi PKK terrorçularının Türkiyədə törətdikləri terror hücumlarına kəskin etiraz bildirmişdir

 

 Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) PKK terrorçularının Türkiyədə törətdikləri terror hücumlarına kəskin etiraz bildirmişdir.

XİN-in mətbuat katibi Elman Abdullayev AzərTAc-a bildirmişdir ki, nazirlik hadisə ilə bağlı qardaş ölkəyə başsağlığı vermişdir.

"Biz terrorun bütün təzahürlərini şiddətlə qınayır və qardaş türk xalqına başsağlığımızı çatdırırıq. Bir daha bəyan edirik ki, hər zaman qardaş türk xalqının yanındayıq", - deyə XİN mətbuat katibi vurğulamışdır.

Qeyd edək ki, Türkiyənin Hakkari vilayətindəki Yüksəkova və Çukurca rayonlarında PKK terrorçularının polis bölmələri və sərhəd qarnizonlarına hücumu nəticəsində 24 polis və əsgər həlak olmuş, 18 nəfər isə yaralanmışdır.

 

 

Azərbaycan.- 2011.- 20 oktyabr.- S.  5.