Pakistanın aparıcı «The Nation» və «Pakistan Observer» qəzetlərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümündən bəhs edilmişdir

 

 Oktyabrın 19-da Pakistanın aparıcı ingilisdilli "The Nation" və "Pakistan Observer" qəzetlərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə İslamabad şəhərində keçirilmiş tədbirlə bağlı materiallar dərc olunmuşdur.

Ölkəmizin Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, "The Nation" qəzetində Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş jurnalist Zəfər Bəxtəvərinin "Azərbaycanın müstəqillik günü qeyd olunub" başlıqlı məqaləsi dərc edilmişdir. Müəllif məqaləsində bu günün əhəmiyyəti, müstəqilliyə gedən yolun qısa tarixi barədə ingilisdilli oxuculara məlumat vermişdir. Z.Bəxtəvəri Azərbaycanın müstəqilliyə qovuşmasının təsadüfi olmadığını, milli şüura və dövlətçilik ənənələrinə malik xalqımızın azadlıq hərəkatlarının önündə getməklə digər türk-müsəlman xalqlarına örnək olduğunu diqqətə çatdırmışdır.

Müəllif pakistanlı oxuculara forumda iştirakından, bu möhtəşəm tədbirə dünyanın tanınmış siyasiictimai xadimlərinin təşrif gətirməsindən, Türkiyə və Pakistanın Azərbaycan ilə dostluq, qardaşlıq əlaqələrindən bəhs etmişdir. Z.Bəxtəvəri məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da fikir və mülahizələrini bölüşmüşdür.

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş "Pakistan Observer" qəzetinin redaktor müavini, təcrübəli jurnalist Liyakat Tur "Azərbaycanın müstəqillik günü: Bakıdakı qədim "Multan" sarayı Pakistan tacirlərinin yolunu gözləyir" sərlövhəli məqalənin girişində paytaxtımızın Böyük İpək yolunun üzərində yerləşdiyini və Pakistan ilə Qafqazı qovuşdurduğunu yazır. Müəllif bu güniki dost ölkə arasında əlaqələrin inkişaf etdiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın ölkəmizi tam səmimiyyətlə dəstəklədiyini  bildirir.

Məqalədə oxuculara Azərbaycanın dövlət müstəqilliyinin bərpası münasibətilə keçirilmiş tədbirdə ölkələrimiz arasındakı dostluq münasibətləri və bu əlaqələrin bütün sahələr üzrə inkişafı haqqında məlumat verilir.

Məqalələri httr://nation.com.rk/E-Parer/Islamabad/2011-10-19/rage-14, httr://rakobserver.net/detailnews.asr?id=120571 internet ünvanlarından oxumaq  olar.

 

 

Azərbaycan.- 2011.- 20 oktyabr.- S.  7.