Azərbaycan Prezidenti İlham Əliyevin
və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təkbətək
görüşü
Oktyabrın 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı.
Ölkələrimiz arasında əlaqələrin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu, yüksək səviyyədə qarşılıqlı səfərlərin münasibətlərimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edildi.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 21 oktyabr.- S. 1.