Geniş tərkibdə danışıqlar

 

 Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olmuşdur.

 

Qazaxıstan dövlətinin başçısı Nursultan NAZARBAYEV Azərbaycan nümayəndə heyətinin üzvlərini salamlayaraq dedi:

- İlham Heydər oğlu, Sizi və nümayəndə heyətinin üzvlərini Qazaxıstanda salamlamağa şadam. Siz mənim dəvətimlə rəsmi səfərə gəlmisiniz. Bu, bizdə ənənədir. Siz hər il Qazaxıstanda olursunuz, mən də müntəzəm surətdə Sizin ölkədə oluram. Bu, iki dövlət arasında, prezidentlər arasında münasibətlərin göstəricisidir.

Biz Sizinlə ölkələrimiz arasında qarşılıqlı münasibətlərin bütün spektrini müzakirə etdik, iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, beynəlxalq əməkdaşlıq məsələlərimizə toxunduq.

Azərbaycan bu günlərdə öz müstəqilliyinin iyirmi illiyini qeyd etdi. Bizbu ilin dekabrında oxşar tarixi qeyd etməyə hazırlaşırıq. Bu iyirmi il, bir tərəfdən, hər iki ölkə üçün mürəkkəb dövr, digər tərəfdən, əcdadlarımızın arzularının həyata keçdiyi illər olmuşdur. Mən hesab edirəm ki, Qazaxıstan və Azərbaycan bu zaman kəsiyini ləyaqətlə keçmişlər. Sizin ölkənizdə məlum çətinliklərə - Ermənistanla qarşılıqlı münasibətlərdə problemə - Qarabağ probleminə baxmayaraq, Azərbaycan bu illər ərzində sanballı uğurlara nail olmuşdurbiz bu münasibətlə Sizi təbrik edirik.

Bizim iqtisadiyyat 1994-cü ildən bəri 14 dəfə artmışdır. Mən Sizə demişdim, bizdə adambaşına artıq 10 min dollar vardır. Bu ili iqtisadiyyatda 7 faiz artımla başa vuracağımıza adambaşına 12 min dollara yaxınlaşacağımıza ümid edirik. Bu, çox yüksək səviyyədir. 2015-ci ildə bizdə bu göstərici adambaşına 15 min dollar olacaqdır. Yəni biz Şərqi Mərkəzi Avropanın orta inkişaf etmiş dövlətləri arasında olacağıq. Bunun üçün bizim bütün imkanlarımız vardır. Mən Sizə hansı istiqamətdə işlədiyimizi söylədim.

Biz Azərbaycanı qardaş, dost ölkə, Qafqaz regionunda əsas tərəfdaş hesab edirik. Güman edirəm ki, nümayəndə heyətinin üzvləri öz aralarında hazırlanmış sənədlərin bütün istiqamətləri üzrə aparmışlar. Əgər həll edilməmiş məsələlər vardırsa, onlar bu barədə bizə məruzə edəcəklər.

 

***

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV səmimi qəbul üçün təşəkkür edərək dedi:

- Hörmətli Nursultan Abişeviç, müstəqilliyimizin iyirmi illiyi münasibətilə təbriklərinizə görə çox sağ olun. Həmçinin Sizi bütün qardaş Qazaxıstan xalqını qarşıdan gələn bayram münasibətilə qabaqcadan təbrik etmək istəyirəm. Siz tamamilə haqlısınız, bu illər ərzində ölkələrimiz nəyə qadir olduqlarını nümayiş etdirmiş, sanballı nəticələrə, coşqun iqtisadi artıma siyasi sabitliyə nail olmuşlar. Mən həm bu illər ərzində Sizin rəhbərliyiniz altında Qazaxıstanın qazandığı sanballı uğurlar münasibətilə Sizi təbrik etmək istərdim. Bu uğurlar quruculuq işlərində, şəhərlərin yeni simasında, hamını heyran edən yeni paytaxtın - gözəl Astananın simasında görünür.

Bizə çox xoşdur ki, Sizin rəhbərliyiniz altında Qazaxıstan olduqca dinamik, səmərəli inkişaf edir. Ölkənin çox böyük potensialı vardır Sizin apardığınız, haqqında bu gün danışdığınız islahatlar gələcəyə istiqamətlənmişdir. Mövcud potensial artıq bu gün sosial məsələləri, habelə iqtisadi islahatlarla bağlı məsələləri səmərəli həll etməyə imkan verir.

Münasibətlərimizə gəldikdə isə, Qazaxıstan bizim üçün həmişə dost, qardaş dövlət olmuşdur. Müstəqillik illərində bu münasibətlər daha da möhkəmlənmişdir. Bu gün iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı sahələrində müzakirə etdiyimiz layihələr ikitərəfli əməkdaşlığı möhkəmlətmək üçün potensialımızdan daha geniş istifadə etməyimizə imkan verəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 oktyabr.- S.  1, 2.