Türkdilli
dövlətlərin Almatı Bəyannaməsi
razılaşdırılmışdır
Oktyabrın 20-də türkdilli dövlətlərin xarici işlər nazirliklərinin yüksək səviyyəli rəhbərlərinin iclasında Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının (TDƏŞ) Almatı Bəyannaməsinin layihəsi razılaşdırılmışdır.
Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov türkdilli dövlətlərin XİN səviyyəsində yüksək rəhbərlərinin müzakirələrinin yekunlarına həsr olunmuş mətbuat konfransında demişdir: "Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyənin xarici siyasət idarələrinin nümayəndələri, həmçinin yüksək səviyyədə görüşün gündəliyini razılaşdırmışlar". İclasda TDƏŞ Katibliyinin hüquqi fəaliyyətinin təmin olunması üzrə əsas sənədlər imzalanmış və qəbul edilmişdir.
Y.Kazıxanov demişdir: "Yaxın perspektivdə qarşıya qoyulmuş vəzifələri həll etmək üçün Şuranın üzvü olan ölkələr TDƏŞ-in institusionallaşdırılmasının başa çatdırılması üzrə birgə fəaliyyəti gücləndirməlidirlər. Türk şurasının fəaliyyəti hər hansı üçüncü ölkələrin əleyhinə yönəlməmişdir. O, öz işində BMT-nin məqsədlərinə və prinsiplərinə, beynəlxalq hüququn normalarına, habelə ATƏT və digər beynəlxalq qurumlar çərçivəsində götürülmüş öhdəliklərə tamamilə sadiq olacaqdır".
TDƏŞ-in
baş katibi Xəlil Akınçı demişdir: "Qurumun
məqsədi ölkələrimiz
arasında artıq mövcud olan əməkdaşlığı
irəlilətmək və gələcəkdə inkişaf
etdirmək üçün konkret addımlar atmaqdır".
Azərbaycan.- 2011.-21 oktyabr.- S. 3.