Bakıda MDB üzvü olan ölkələrin Tikinti fəaliyyəti üzrə hökumətlərarası Şurasının Qiymətqoyma Komissiyasının V iclası keçirilir
Bakıda MDB üzvü olan ölkələrin Tikinti fəaliyyəti üzrə hökumətlərarası Şurasının Qiymətqoyma Komissiyasının 5-ci iclası keçirilir. İclas iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
İclasda MDB üzvü olan dövlətlərdən qiymətqoyma və smeta layihələndirmə üzrə mütəxəssislər, həmçinin Azərbaycanın layihə institutlarının rəhbərləri iştirak edir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirmişdir ki, əsas məqsəd birlik iştirakçısı olan dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və tətbiqinə dair fikir mübadiləsi aparmaqdır. O, Azərbaycanda tikinti sahəsində təhlükəsizliyin qorunması, bu sahəyə nəzarət və digər sahələrdə əldə olunan nailiyyətlərdən danışmışdır.
Birlik ölkələrinin Hökumətlərarası
Şurasının Tikinti sahəsində əməkdaşlıq
üzrə katibliyinin rəhbəri Aleksandr Myasnikov, Rusiya
Regional İnkişaf Nazirliyinin nümayəndəsi Yevgeni
Yermolayevin məruzələri dinlənilmişdir. İclasda
üzv ölkələrin nümayəndələri əldə
etdikləri nailiyyətlərdən danışmış,
yeni texnologiyaların, materialların və konstruksiyaların
normalarının işlənib hazırlanması,
normativ-hüquqi sənədlərin
uyğunlaşdırılmasına dair fikir mübadiləsi
aparmışlar. İki gün davam edəcək iclasda yekun protokol
qəbul ediləcəkdir.
Azərbaycan.- 2011.-21 oktyabr.- S. 5.