Azərbaycan nümayəndə heyəti MDB dövlətlərinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXVI iclasında iştirak edir

 

 Oktyabrın 20-də Ukraynanın paytaxtı Kiyevdə MDB dövlətlərinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXVI iclası üz işinə başlamışdır.

İclasda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, iclasda şura üzvləri arasında fikir mübadiləsi, Müstəqil Dövlətlər Birliyinin 20 illiyi ilə əlaqədar MDB ölkələrinin mədəniyyət nazirlikləri tərəfindən indiyədək reallaşdırılmış və keçiriləcək tədbirlər, "Birliyin Mədəniyyət Paytaxtları" dövlətlərarası proqramı, birliyə üzv ölkələrin dünya mədəni irsinin qorunması mərkəzinin yaradılması məsələləri əsas müzakirə müvzusudur. Bundan əlavə, MDB ölkələri ərazisində mədəniyyət abidələri və mədəni irs nümunələrinin reyestrinin və tarixi-mədəni irs sahəsində bu birliyə üzv dövlətlərin qanunvericiliyinin vahid məlumat bazasının yaradılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.

İclasa MDB iştirakçı ölkələrinin Mədəni Əməkdaşlıq üzrə Şurasının sədri, Rusiya Federasiyasının mədəniyyət naziri A.Avdeyev sədrlik edir.

 

 

Azərbaycan.- 2011.-21 oktyabr.- S.  6.