Azərbaycanın
işğal altında olan
rayonlarının turizm imkanları
araşdırılmışdır
Oktyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı "Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi" layihəsinin yekunları ilə bağlı tədbir keçirmişdir.
Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, işğal altında olan rayonların mədəniyyət və turizm şöbələrinə rəhbərlik etmiş şəxslər, QHT nümayəndələri "Şuşa və Ağdamın turizm potensialı: faktlar və rəqəmlər" mövzusu ətrafında müzakirələr aparmışlar.
Layihənin rəhbəri Vüqar Tofiqli bildirmişdir ki, layihə çərçivəsində SAMF-ın əməkdaşları işğal altında qalan turizm obyektlərinin rəhbəri olmuş şəxslərlə görüşlər keçirmiş, obyektlərin siyahısını dəqiqləşdirmiş, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumat toplanmışdır. Eyni zamanda, regionun turizm imkanları araşdırılmış, ölkəmizə bu illər ərzində dəymiş ziyanın məbləği iqtisadçıların və inşaat mütəxəssislərinin iştirakı ilə hesablanmışdır. Toplanan materiallar virtual məkanda yayılmışdır.
Vurğulanmışdır ki, məqsəd Azərbaycanın işğal altında olan torpaqlarında potensial turizm məkanlarının gündəmə gətirilməsi, ölkəmizə dəyən maddi-mənəvi ziyanın dünya xalqlarının, beynəlxalq təşkilatların diqqətinə çatdırılması, Şuşa, Ağdam və digər işğal altındakı torpaqlarımızda qalan turizm obyektləri, tarixi, milli-mədəni abidələrimiz haqqında gənc nəsillərə məlumat verilməsidir.
Qeyd olunmuşdur ki,
Azərbaycanın tarixi mədəniyyət
mərkəzi Şuşa, eləcə də
təbii gözəlliklərlə zəngin olan
digər rayonları ermənilər tərəfindən
xarabalığa çevrildiyindən yerli
və xarici turistlər bu
füsunkar məkana səfər etmək
imkanını itirmişlər.
Azərbaycan.- 2011.- 21 oktyabr.-
S. 6.