Dmitri Medvedev: «Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə
dəstək verməkdə davam edəcəkdir»
Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməkdə davam edəcəkdir. Lakin münaqişənin həlli iki xalq və iki prezidentin xoş məramından asılıdır. Əgər onlar bir-birini eşitsələr və bir-birinə doğru addım atsalar, qarşılıqlı güzəşt yolları da tapılacaqdır.
AzərTAc "İTTAR-TASS"a istinadla xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev gənclərlə görüşündə səsləndirmişdir.
Rusiya Prezidenti vurğulamışdır ki, bu problem həlli mümkün olan Avropada bir neçə dondurulmuş münaqişələrdən biridir. D.Medvedev Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi müntəzəm görüşlərlə bağlı təəssüratlarını da bölüşmüşdür: "Hər iki prezidentin ətrafı bir-biri ilə heç də pis dil tapmır, asanlıqla Azərbaycan dilindən erməni dilinə keçirlər və ya əksinə. Elə prezidentlərin özləri də aralarında dil tapa bilirlər. Bir masa arxasında da onlar çox yaxşı ünsiyyət qururlar".
Bununla yanaşı, D.Medvedev münaqişədə real çətinliklərin, müxtəlif
maraqların olduğunu, hüquqi
konstruksiyaların fərqli anlaşıldığını da bildirmişdir.
Azərbaycan.- 2011.- 22 oktyabr.-
S. 2.