ADA Kitab Mərkəzi ispan dilində film gecəsi keçirmişdir
Azərbaycan Diplomatik Akademiyasının
(ADA) Kitab Mərkəzi
"Azərbaycan-Latın Amerikası
Gəncləri" İctimai
Birliyi (ALAG) ilə birlikdə "İspan dilində film gecəsi - mədəniyyətlərarası dialoq" layihəsinə
start vermişdir.
ADA-nın mətbuat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, layihə ispan dilində filmin nümayişindən ibarətdir.
Tədbir iştirakçılarına 2010-cu ildə "Ən yaxşı xarici film"
nominasiyasında Oskar mükafatı
qazanmış "Gözlərindəki
sirr" Argentina filmi təqdim edilmişdir. Filmin rejissoru
Xuan Xose Kampanella olan filmdə baş rollarda Rikardo Darin, Soledad Villamil və Pablo Rago çəkilmişlər.
İspan
dilində nümayiş
olunan filmin bütün mətni ingilis dilində subtitrlərlə verilmişdir.
Filmin nümayişindən
əvvəl ADA Kitab Mərkəzi və ALAG Ictimai Birliyi haqqında qısa təqdimat olmuş, iştirakçılara nümayiş
etdiriləcək filmin
süjet xətti, janrı, aktyor heyəti barədə qısa məlumat verilmişdir. Layihənin əsas məqsədi
gənclərin dil bacarıqlarını və
mədəniyyətlərarası dialoqu xarici dil əsasında praktiki şəkildə inkişaf etdirməkdir.
Özünəməxsusluğu ilə ədəbi ictimaiyyətin görüş
məkanına çevrilmiş
ADA Kitab Mərkəzi
bu il aprelin
22-dən fəaliyyət göstərir.
Mərkəzin yaradıcı, müasir
üslublu dizaynı, geniş çeşiddə
Azərbaycan, rus və ingilis dillərində kitabları
bütün oxucuların
diqqətini cəlb edir. Qeyd edək ki, ALAG ictimai birliyi gənclərimizin xarici dilə, xüsusilə ispan və portuqal
dillərinə mükəmməl
yiyələnmək, Azərbaycan
ilə Latın Amerikası gəncləri
arasında ünsiyyətin
artırılması, ispan
dilli ölkələrlə
dostluq əlaqələrinin
qurulması məqsədilə fəaliyyət
göstərir.
Azərbaycan.- 2011.- 22 oktyabr.-
S. 3.