Konstitusiya Məhkəməsi
Palatasının iclası olmuşdur
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Səbinə Arif qızı Əhmədovanın şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Sorğuya mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun
noyabrın 17-nə təyin edilmiş iclasında
baxılacaqdır.
Azərbaycan.- 2011.-22 oktyabr.- S. 6.