İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda
Əlahəzrət!
Əziz qardaşım!
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, görkəmli dövlət xadimi, qardaşınız Sultan bin Əbdüləziz Al Səudun vəfatı xəbərindən son dərəcə kədərləndim.
Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 oktyabr 2011-ci il
Azərbaycan.- 2011.- 23 oktyabr.- S. 1.