Bakıətrafı
qəsəbələrdə yeni yollar çəkilir
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin, ətraf qəsəbə və kəndlərin inkişafına xüsusi diqqət və qayğı göstərir. Ölkə başçısının "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən ötən müddət ərzində paytaxtda, eləcə də şəhərətrafı qəsəbə və kəndlərdə sosial infrastruktur yeniləşdirilir, müasirləşdirilir ki, bunlar da insanların rahatlığına xidmət edir.
Paytaxtda dünya standartlarına cavab verən yeni yollar çəkilmiş, yol qovşaqları, körpülər, yeraltı və yerüstü piyada keçidləri inşa edilmişdir. Yeni işıqlandırma dirəkləri qurulmuş, yol kənarlarında çəmənliklər salınmış, müxtəlif güllər, dekorativ kol və ağaclar əkilmişdir.
Paytaxtın yol infrastrukturunun kompleks halda inkişafını önə çəkən ölkə Prezidenti Bakıətrafı qəsəbələrdə abadlıq və quruculuq işlərinə, əhalinin işıq, qaz, su ilə fasiləsiz təminatına, məktəb və səhiyyə ocaqlarında xidmətə, bərbad yolların müasir tələblər səviyyəsində təmirinə, yeni rahat yolların yaradılmasına və digər sosial problemlərin həllinə xüsusi diqqət ğöstərir. Qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Prezident İlham Əliyev Bakının Xəzər, Sabunçu, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Nizami, Xətai və digər rayonlarının qəsəbə və kəndlərində olmuş, yerlı icra orqanları və ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. Prezidentin davamlı xarakter alan bu səfərləri Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, habelə qəsəbədaxili yolların müasir tələblər baxımından təmirinə və yeni yolların çəkilişinə yeni təkan vermişdir. Dövlət başçısı cari il mart ayının 31-də Suraxanı rayonunda olarkən Bülbülə qəsəbə sakinlərinin xahişinə dərhal reaksiya vermiş, 10 gün ərzində qəsəbəni Heydər Əliyev prospekti ilə birləşdirən yeni yol çəkilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev prospektini "Atəşgah" məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin fasadları təmir edilərək görkəmi dəyişdirilmiş, "Atəşgah" məbədi yenidən qurulmuşdur.
Abad kənd, abad
qəsəbə yolundan
bəllidir, deyiblər. Odur ki, dövlət başçısı istər
Bakı şəhərinin,
istərsə də şəhərətrafı qəsəbə
və kəndlərin
sosial problemlərini həll etmək, yol infrastrukturunu yaxşılaşdırmaq üçün tələb
olunan maliyyə vəsaitlərinin vaxtında
ayrılmasını da
təmin edir.
Ölkə başçısının sentyabrın əvvəllərində
Bakının Binəqədi
qəsəbəsində məhəllədaxili
yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olması həm də o deməkdir ki, bütün bu məsələlər ciddi nəzarətdədir.
Bakı və Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı
ilə əlaqədar
indiyədək Binəqədi
qəsəbəsində iki
ay ərzində 16 kilometr
yeni yol çəkilib,
bərbad küçələrə
çınqıl tökülüb,
təmir işləri
aparılıb. Qəsəbədə
təxminən 80 min kvadratmetrdən
artıq yol sahəsinə yeni asfalt örtüyü döşənib. Qəsəbə
yollarında işıqlandırma
sistemi də tamamilə yenidən qurulub, xarici ölkədən gətirilmiş
100-dən çox yeni
işıq dirəyi quraşdırılıb.
Azərbaycan Prezidenti Bakının
Xəzər rayonunun Şağan qəsəbəsində
olarkən dövlət
proqramı çərçivəsində
sosial problemlərin aradan qaldırılması
istiqamətində görülən
işlərlə, o cümlədən
qəsəbədə yolların
təmiri və çəkilişi ilə maraqlanmışdır.
Məlum olmuşdur ki, burada 35 min kvadratmetrə yaxın qəsəbədaxili yollara
yeni asfalt örtüyü döşənib.
Yollarda işıqlandırma
sistemi yenidən qurulur.
Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı
Meydanı ətrafından
keçən
2-4-cü kilometrliyində piyadaların təhlükəsizliyini
təmin etmək məqsədi ilə 4 yeni piyada keçidi
inşa olunur. İnşaat və dizayn işləri ən müasir standartlara uyğun olaraq yüksək zövqlə
həyata keçirilir.
Layihə üzrə yolun bu hissəsinin
ümumi uzunluğu
2,8 kilometr, eni isə 41,5 metr olacaqdır. Səkkiz hərəkət
zolağından ibarət
yeni yol cənub və cənub-qərb istiqamətində
nəqliyyatın paytaxta
rahat giriş və çıxışını
tam təmin edəcəkdir.
Bakının şimal-şərqində - Bilgəh, Nardaran, Kürdəxanı və Pirşağı kəndlərində
"Azəryolservis"in inşaatçıları
tərəfindən çəkilən
yeni yolun inşası da uğurla davam etdirilir. Altı zolaqlı bu yolun uzunluğu 42,5 kilometrdir. İnşaat işləri yolun 14-cü
kilometrində aparılır.
Hazırda yolda tunel tipli yol
keçidi inşa edilir. Bu ilin sonunadək istifadəyə
veriləcək bu tunelin uzunluğu 60 metr, eni isə 23,5 metrdir. Müasir standartlara cavab verən bu yol
istifadəyə veriləndən
sonra nəqliyyat vasitələri Bakı-Şamaxı
və Bakı-Rusiya magistrallarına rahat və vaxt itirmədən
çıxa biləcəklər.
Azərbaycan Prezidenti İlham
Əliyev Bakıətrafı
qəsəbələrdə olarkən ictimaiyyətin nümayəndələri ilə
görüşündə demişdir: "Bütün
bu hadisələr onu göstərir ki, nəzərdə tutduğumuz bütün məsələlər, bütün proqramlar öz həllini tapır. Bu proqramın başlıca məqsədi
odur ki, Azərbaycan əhalisi daha da yaxşı
yaşasın, bütün
sosial məsələlər,
infrastruktur, insanları
narahat edən problemlər öz həllini tapsın. Nəinki şəhərimizin
mərkəzində, kənarında
da, ətraf qəsəbələrdə
də şəhər
mərkəzindəki kimi
şərait olmalıdır".
Rəhman SALMANLI
Azərbaycan.- 2011.- 23 oktyabr.-
S. 1.