Azərbaycan ilə
İran arasında əlaqələr və regional təhlükəsizlik
məsələləri müzakirə olunmuşdur
Oktyabrın 22-də Azərbaycan Respublikasına işgüzar səfərə gələn İran İslam Respublikasının müdafiə naziri, general-mayor Əhməd Vəhidi Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında əlaqələr, regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Nazir Səfər Əbiyev münaqişə ilə
bağlı danışıqların davam etdiyini və bununla
paralel surətdə Azərbaycanın öz ordusunu gücləndirərək
torpaqlarının hər an işğaldan azad etməyə
hazır olmağının vacibliyini bildirmişdir.
Azərbaycan.- 2011.-23 oktyabr.- S. 3.