AMEA Tarix
İnstitutunun direktoru Yaqub Mahmudov Kiyevdə ukraynalı həmkarları
ilə görüşmüşdür
MDB-nin iştirakçısı olan dövlətlərin elm və yaradıcı ziyalılarının Kiyevdə keçirilən VI forumunun işində iştirak etmiş Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər İnstitutunda olmuşdur.
Y.Mahmudov və "Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov institutun binası qarşısında ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzmüşlər.
Sonra
institutun direktoru, professor İvan Bidzyura ilə
görüş olmuşdur.
Yaqub
Mahmudov, həmçinin Ukrayna Milli Elmlər Akademiyasına
getmiş, kiyevli həmkarları ilə görüşlər
keçirmişdir.
Görkəmli
alim ölkəmizin Ukraynadakı səfirliyində olmuş və
səfir Eynulla Mədətli ilə
görüşmüşdür.
Oktyabrın
19-da Yaqub Mahmudov "Azərbaycan Respublikasının və
Ukraynanın müstəqilliyinin bərpa edilməsinin 20
illiyi: diplomatik münasibətlərin yaradılmasından
strateji ortaqlığadək" mövzusunda Azərbaycanın
Ukraynadakı səfirliyi və Taras Şevçenko adına
Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər
İnstitutu tərəfindən təşkil olunmuş "dəyirmi
masa" iclasında iştirak etmişdir.
Tədbir
çərçivəsində, həmçinin Yaqub
Mahmudovun Ukrayna dilində "Azərbaycan: tarixi oçerklər"
kitabının təqdimatı olmuşdur.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.- 2011.-23 oktyabr.- S. 3.