Azərbaycan nümayəndə heyəti MDB-nin üzvü olan dövlətlərin elm və yaradıcı ziyalılarının VI forumunda iştirak edir

 

Oktyabrın 21-də Ukraynanın paytaxtı Kiyevdə MDB-nin üzvü olan dövlətlərin elm və yaradıcı ziyalılarının VI forumu öz işinə başlamışdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, plenar iclas, "dəyirmi masa" və 6 seksiyadan ibarət olan forumda təhsil, elm, texnologiya, innovativ inkişaf, sağlam həyat tərzi, ekologiya və təbiət-qoruq fondu, tarixi-mədəni irs, mədəni turizm, klassikmüasir incəsənət, ədəbiyyat, kitab nəşri, tərcümə, informasiya texnologiyaları və kommunikasiyalar üzrə müzakirələr aparılır.

 Tədbirdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, pianoçu, əməkdar artist, Prezident mükafatçısı Murad Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin sektor müdiri Rauf Paşayev və digər dövlət qurumlarının təmsilçiləri daxildirlər.

Forum oktyabrın 22-də başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 23 oktyabr.- S.  3.